16 yaşlı qızı Dənizin onu döydüyünü iddia edib

16 yaşlı qızı Dənizin onu döydüyünü iddia edib
1542 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli model Dəniz Akkaya ilə 16 yaşlı qızı Ayşə arasında problem yaşanıb.

Axşam.az-ın məlumatına görə, onu eyvana bağladığını deyən model polisə müraicət edib. Bunun ardından o, qızını dövlətin himayəsinə verib.

"Ekol TV"də yayımlanan xəbərə görə, Dəniz əvvəlcə qızına şillə vuraraq onu döyməyə başlayıb. Sonra bir-birini təhqir edib, hədələyiblər. Akkaya qızına qarşı təhqiramiz ifadələr işlədib. Mübahisə böyüyüb və o, qızının məktəb çantasını və termosunu onun üstünə atıb. Termos Ayşənin çənəsinə dəyib və qız xəsarət alıb. Dəniz Ayşənin atası ilə tətil planını görəndə daha da əsəbiləşib. Ayşə anasının onu çox şiddətlə döydüyünü deyib. O bildirib ki, əvvəlcə onu yerə yıxıb, boğazından sıxıb, sonra ayağı ilə başını iki-üç dəfə təpikləyib.

Ayşənin atası Efe Önbilgin qızının vəlayətini almaq üçün hərəkətə keçib.

Qeyd edək ki, Dənizin paylaşımının ardından onun qızı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin himayəsinə götürülüb.