Boşanma iddialarını sonlandırmaq üçün bunu etdi

Boşanma iddialarını sonlandırmaq üçün bunu etdi
2043 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, “Hatayspor” klubunun baş məşqçisi Volkan Demirellə həyat yoldaşı Zeynəb Demirelin boşandığı iddia edilib.

Axşam.az-ın məlumatına görə, Volkan çıxan xəbərlərin əsassız olduğunu bildirərək təkzib edib. Buna baxmayaraq türk mediası və sosial media seqmentində davam edən şayiələrin ardından o, xanımı ilə yeni fotosunu paylaşıb.

Volkan sosial media hesabında yayımladığı şəklə "Şərhsiz" qısa şərhini yazıb.

Qeyd edək ki, Volkan və Zeynəb 2010-cu ildə ailə qurub. Cütlüyün Yade və Yeda adlı iki övladı var.