Alsu milyonçu ərindən buna görə boşanır

Alsu milyonçu ərindən buna görə boşanır
2009 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, məşhur müğənni Alsu milyonçu həyat yoldaşı Yan Abramovdan boşanır.

Axşam.az-ın "StarHit"ə istinadən məlumatına görə, ikili 6 aydan çoxdur birlikdə yaşamır. 

"Yan uzun müddətdir evə ara-sıra gəlirdi.  Alsu hadisələrin bu cür gedişatı ilə razılaşmayıb. Daimi qalmaqallar heç nəyi dəyişməyib, buna görə o, münasibətlərinə son qoymaq qərarı alıb" deyə, mənbə nəşrə açıqlamasında söyləyib.

Qeyd edək ki, Abramov Bakıda dünyaya gəlib. Alsu və Abramov 2005-ci ildə tanış olublar. Onlar 2006-cı ildə Moskvada evləniblər. Alsu və Yanın üç övladı var - Safina, Mikella və Rafael.

Bundan əvvəl, Abramovun 10 ildir ki, Alsunu aldatdığı iddia edilib. O, rus aparıcı-model Viktoriya Lopyreva və reper Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə münasibətdə olduğun deyilir.