Yunanıstanın sonuncu kralı II Konstantinin qızı, 41 yaşlı şahzadə Teodora (ölkədə monarxiyanın ləğvindən 10 il sonra anadan olub) ailə qurub.
Axşam.az xəbər verir ki, o, sevgilisi, 34 yaşlı hindistanlı amerikalı hüquqşünas Metyu Kumarla nikah masasına əyləşib.
Qeyd edək ki, müxtəlif səbəblərdən toyları bir neçə dəfə təxirə salınan cütlük 6 il əvvəl nişanlanıb.


