"Beverl Hills polisi"nin ulduzu vəfat etdi

"Beverl Hills polisi"nin ulduzu vəfat etdi
259 dəfə oxunub
  • A-
  • A
  • A+

“Beverli Hills polisi” filmi ilə məşhurlaşan amerikalı aktyor Con Eşton vəfat edib.

Axşam.az xəbər verir ki, sənətçi Kolorado ştatının Fort Kollinz şəhərində 76 yaşında dünyasını dəyişib.

Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Con karyerası ərzində əllidən çox filmdə rol alıb. Onlar arasında "Gecə yarısından əvvəl", "Əlvida körpə, əlvida", "Evə getmək istəyirəm", "Kiçik böyük liqa", "Cənnətdə qapalı", "Yaşayan illərdə", "Gizli qatil", "Dəyərinə görə" kimi ekran işləri var.