Amerikalı müğənni Kristina Aqilera atdığı çəkilərlə yenidən gündəmə gəlib.
Axşam.az xəbər verir ki, ifaçının həddindən artıq arıqlaması isə pərəstişkarlarını narahat edib.
Daha əvvəlki açıqlamasında arıqlamaq üçün dərmandan istifadə etmədiyini desə də, izləyicilər buna inanmayıb. Onlar Kristinadan "Ozempic" adlı dərmandan istifadəni dayandırmasını istəyiblər.
Qeyd edək ki, Kristina bir müddət əvvə 20 kiloqram çəki atdığını demişdi. O, buna göyqurşağı diyetası ilə nail olduğunu bildirib.

