Bir müddət əvvəl karyerasına fasilə verəcəyini açıqlayan amerikalı aktyor Endrü Qarfild sevgilisi Keyt Tomasdan ayrılıb.
Axşam.az xəbər verir ki, bu barədə Keyt sosial media hesabında ona ünvanlanan sualları cavablayarkın deyib.
Qeyd edək ki, Qarfildin sonuncu ciddi münasibəti "Hörümçək adam" filmindəki həmkarı Emma Stounla olub. Keyt özünü "peşəkar cadugər" adlandırır. Onların münasibəti bu ilin aprelində məlum olub.