Rok musiqiçisi Ozzi Osbornun həyat yoldaşı, teleaparıcı və musiqi prodüseri Şeron Osborn müğənni Liam Peynin ölümündə musiqi sənayesini günahlandırıb.
Axşam.az xəbər verir ki, o, bu barədə instaqramda yazıb.
“Hamımız səni uğursuzluğa düçar etdik. Sizə lazım olanda bu sənaye harada idi? Dünyanın ən çətin sənayelərindən birinə daxil olanda siz hələ uşaq idiniz. Kim sənin tərəfində idi?" deyə,o bildirib.
Qeyd edək ki, 31 yaşlı britaniyalı müğənni Liam Peyn Argentinada hotellərdən birinin üçüncü mərtəbəsindən yıxılaraq ölüb.