Diddi 13 yaşlı qıza təcavüzdə ittiham olunur

Diddi 13 yaşlı qıza təcavüzdə ittiham olunur
436 dəfə oxunub
  • A-
  • A
  • A+

Cinsi təcavüz və insan alverində ittiham olunduğu üçün həbs edilən "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombsa qarşı daha bir ittiham irəli sürülüb.

Axşam.az xəbər verir ki, iddiaya görə, reper qadın və kişi məşhurlardan biri ilə 13 yaşlı bir qıza narkotik verərək ona təcavüz ediblər.

Oktyabrın 20-də Nyu-Yorkun Cənub Bölgəsində beş, Las-Veqas və Los-Ancelesdə isə daha iki iddia qaldırılıb.

Naməlum qız iddia edir ki, 2000-ci il sentyabrın 7-də 13 yaşında MTV Video Musiqi Mükafatları mərasiminə getməyə cəhd edərkən təcavüzə məruz qalıb.

Sənəddə bildirilir ki, o, mərasimə biletsiz daxil ola bilməyib, buna görə də şənlikdən sonra iştirak edib-etməyəcəyini öyrənmək üçün bir neçə limuzin sürücüsünə yaxınlaşıb. Sürücülərdən biri isə Kombsla işləyirmiş və qızı ziyafətə aparıb. O, gizlilik müqaviləsi imzalayıb və ehtimal ki, narkotik tərkibli içkilər içib.