Rusiyalı müğənni Alsu keçmiş həyat yoldaşı, Bakıda doğulan yəhudi əsilli iş adamı Yan Abramovdan olan oğlu Rafaellə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı ilk dəfə sosisl media hesabında övladının fotosunu yayımlayıb.
"Səbirsizliklə gözlədiyim əsas izləyicim. İlk dəfə anasının konsertindədir" deyə, Alsu yazıb.
Qeyd edək ki, müğənni və iş adamı bir müddət əvvəl boşanıb. Onların üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mikella və 7 yaşlı Rafael. Uşaqlar anaları ilə yaşamağa davam edəcəklər.
