Tanınmış müğənni vəfat etdi

Tanınmış müğənni vəfat etdi
517 dəfə oxunub
  • A-
  • A
  • A+

"Iron Maiden" qrupunun keçmiş solisti Pol DiAnno (əsl adı Endryus) vəfat edib.

Axşam.az xəbər verir ki, ifaçı 66 yaşında Böyük Britaniyada evində dünyasını dəyişib.

Qeyd edək ki, DiAnno 1978-1981-ci illərdə sözügedən qrupunun solisti olub. Daha sonra sənətçi karyerasını "Battlezone" və "Killers" qrupları ilə davam etdirib, həmçinin solo albomlar buraxıb. 2023-cü ildən onun səhhətində ciddi problemlər yarandığı üçün səhnədə əlil arabasında çıxış edib. O, bir il yarım ərzində 100-dən çox konsert verib.