Rusiyanın ən zəngin qadınının 8-ci övladı olacaq?

Rusiyanın ən zəngin qadınının 8-ci övladı olacaq?
1288 dəfə oxunub
  • A-
  • A
  • A+

"Wildberries" şirkətinin qurucusu, "Forbes"ə görə, 2020-ci il tarixindən etibarən Rusiyanın ən varlı qadını olan Tatyana Kimin (ərindən boşandıqdan sonra Bakalçuk soyadından imtina edib) səkkizinci övladı olacağı iddia edilib.

Axşam.az xəbər verir ki, şayiələrin yaranmasına səbəb iş xanımının son yayılan görüntüləri olub.

49 yaşlı Tatyananın nümayəndələri onun hamiləliyi ilə bağlı yayılan məlumatları təkzib edib və bunun sadəcə pis bucaq altında lentə alınan görüntülər olduğunu deyiblər.

Qeyd edək ki, Tatyana Kimin bu yay boşandığı keçmiş əri Vladislav Bakalçukdan yeddi uşağı var. O, boşandıqdan sonra xoşbəxt olduğunu və özünü qandallarından azad olmuş kimi hiss etdiyini açıqlayıb. Tatyana keçmiş həyat yoldaşı tərəfindən məişət zorakılığına məruz qaldığını da bildirib.