Hollivud ulduzu Nikolas Keyc gənc aktyorları performanslarını yaxşılaşdırmaq üçün süni intellektdən istifadə etməməyə çağırıb.
Axşam.az xəbər verir ki, sənətçi "Newport Beach Film" festivalında yeni EBDR texnologiyasından danışıb. O, bu proqramın aktyorların işini əlindən ala biləcəyini ehtimal etdiyini bildirib:
“Studiyalara bu lazımdır ki, siz artıq rol aldıqdan sonra üzünüzü dəyişə biləsiniz. Onlar üzünüzü, səsinizi, bədən dilinizi, hərəkətinizi dəyişə bilərlər. Sizdən xahiş edirəm, əgər bir studiya sizə EBDR-dən istifadə etməyə icazə verən müqavilə imzalamaqla bağlı müraciət edərsə, bəndlərə diqqət edin".
Aktyor qeyd edib ki, onun 2023-cü ildə “The Flash” blokbasterindəki rolu məhz bu texnologiyanın işinə bir nümunədir.
Qeyd edək ki, bu, Keycin filmdə süni intellektdən istifadəyə qarşı ilk çıxışı deyil. Sənətçi bir müddət əvvəl süni intellektdən qorxduğunu etiraf etmişdi.