İtaliyada tanınmış rusiyalı televiziya və radio aparıcısı Andrey Eqorşev vəfat edib.
Axşam.az xəbər verir ki, aparıcı 59 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Andrey 1990-cı ildən “Exo Moskvı” radiosunda işləyib. O, 1992-1999-cu illərdə məşhur “Press Express” verilişinin aparıcısı olub.