Rusiyanın "СТС" telekanalında yayımlanan "100 мест, где поесть" ("Yemək yemək üçün 100 yer") verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub.
Axşam.az xəbər verir ki, verilişin aparıcısı Aleksandr Belkoviç Bakıda qonaq olub və milli mətbəximizdən olan müxtəlif təamları dadıb. O, bütün yeməkləri bəyəndiyini vurğulayıb.
Aleksandr 3 gün davam edən çəkiliş zamanı düşbərə, piti, xəngəl, dolma, qutab, kabablar, plov, müxtəlif şirniyyatlar, şəki halvası, mürəbbələr və digər təamları dadıb.