"Möhtəşəm yüz il" serialının aktyorları illər sonra yenidən bir araya gəlib.
Axşam.az xəbər verir ki, ekran işində rol alan aktrisa Məryəm Uzərli və aktyor Səlim Bayraktar Fransanın Kann şəhərinə uçarkən təyyarədə görüşüblər.
Onlar çəkdirdikəri fotonu sosial mediada yayımlayıblar.
Qeyd edək ki, Məryəm sözügedən serialda "Hürrəm sultan", Səlim isə "Sümbül ağa" obrazına həyat verib. Ekran işi 2011-2014-cü illərdə yayımlanıb. Məryəm səhhətindəki problemlər səbəbindən 2013-cü ildə layihədən ayrılıb və onu aktrisa Vahidə Perçin əvəz edib.
