Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi
387 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Yevgeni Knyazev vəfat edib.

Axşam.az xəbər verir ki, aktyor ötən gün 82 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Knyazev teatrda fəaliyyət göstərdiyi illər ərzində 40-dan çox rol oynayıb. O, "Uçqun", "Meri Stüart", "Romeo və Cülyetta", "Kral Lir", "Albalı bağı", "Jozefina və Napoleon" kimi tamaşalarda səhnəyə çıxıb.