Puqaçova ilə Qalkinin malikanəsindəki əntiq əşyalar saxta imiş

Puqaçova ilə Qalkinin malikanəsindəki əntiq əşyalar saxta imiş
517 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkinin Moskvanın Qryaz qəsəbəsindəki malikanəsindəki əntiq əşyaların saxta olduğu üzə çıxıb.

Axşam.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, xarici ölkəyə aparmağa çalışdıqları rəsmlərin əksəriyyəti saxtadır.

Hüquqşünas Aleksandr Dobrovinski bildirib ki, mülkdə olan rəsmlərin çoxu surətdir və onların orijinalları başqa yerlərdədir. Məsələn, rəssam Jan van Qoyenin “Yel dəyirmanı olan çay kənarındakı şəhərin mənzərəsi” əsəri. Orijinalı amerikalı iş adamının şəxsi kolleksiyasındadır. Təxminən 500 min dollar dəyərindədir, surəti isə 10-15 min rubl təşkil edir.

Dobrovinski qeyd edib ki, gömrükçülər rəsmin orijinal olub-olmadığını müəyyən edə bilmirlər. Bu səbəbdən onları Mədəniyyət Nazirliyinə göndərərək yoxladıblar.

Qeyd edək ki, daha əvvəlki məlumatda Puqaçova ilə Qalkinin təxminən 20 milyon dollar dəyərində olan əntiq əşyaları, o cümlədən 16-19-cu əsrlərə aid sənət əsərlərini ölkədən çıxarmağa çalışdığı deyilmişdi.