"Tarzan" serialında canlandırdığı baş rolla məşhurlaşmış aktyor, yazar Ron Eli vəfat edib.
Axşam.az xəbər verir ki, 86 yaşlı aktyor xroniki yaşla bağlı xəstəliklərə görə sentyabrın 29-da Kaliforniyadakı evində dünyasını dəyişib. Lakin bu, yalnız indi məlum olub.
Qeyd edək ki, R.Eli 1984-cü ildə keçmiş "Miss Florida" Valeri Lundeen ilə evlənib. Onların üç övladı var - Kristen, Keytlend və Kemeron. 2001-ci ildə aktyor ailəyə və yazıçılığa diqqət yetirmək üçün karyerasını bitirib.
2019-cu ildə Valeri Santa-Barbara ətrafındakı evində çoxsaylı bıçaq xəsarətləri alaraq qətlə yetirilib. 62 yaşlı Valerini oğlu 30 yaşlı Kemeron öldürüb. Hadisə baş verən zaman Eli evdə olub. Kemeron polis əməkdaşları tərəfindən ölümcül yaralanıb.
Bəlli olub ki, Kemeron ölən zaman xroniki travmatik ensefalopatiyanın ilkin mərhələsindən əziyyət çəkirmiş.