"Borderline" (şəxsiyyət pozuntuları - uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir) xəstəliyindən əziyyət çəkən müğənni Zerrin Özər səhhətindən danışıb.
Axşam.az xəbər verir ki, ifaçı beyin damarlarında daralma olduğunu açıqlayıb.
"Beyin damarlarımın ikisində nəzərəçarpacaq dərəcədə daralma var. Ona görə də düz yeriyə bilmirəm, büdrəyirəm" deyə, Zerrin bildirib.