Diddinin əxlaqsız gecəsindən yeni görüntü yayıldı

Diddinin əxlaqsız gecəsindən yeni görüntü yayıldı
1715 dəfə oxunub
  • A-
  • A
  • A+

Cinsi təcavüz və insan alverində ittiham olunduğu üçün həbs edilən "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombsun məşhur əxlaqsız gecələrindən yeni görüntü yayılıb. 

Axşam.az xəbər verir ki, videolardan birindən olan "screenshot"u "Radar Online" nəşri dərc edib. Sözügedən görüntünü nəşrə Diddinin onlarla qurbanının şərəfini müdafiə edən vəkil Toni Buzbi təqdim edib. 

Ehtimal olunur ki, bunlar prodüserin sərxoş halda rəqs etdiyi videonun skrinşotlarıdır, ətrafı yüngül fəzilətli qızlar və spirt şüşələri ilə doludur. Nəşr əlavə edib ki, bu cür görüntünün sayı yüzlərlədir.

Xatırladaq ki, 2023-cü ilin noyabrında reperin keçmiş sevgilisi Kessi P.Didi illərlə cinsi və fiziki zorakılıqda ittiham etsə də, 24 saatdan sonra o, iddiasını geri götürmüşdü. Daha sonra internetdə onun döyülməsinin amansız görüntüləri yayılıb. Martın sonunda sənətçinin evində genişmiqyaslı axtarışlar aparılıb, nəticədə qadağan olunmuş maddələr, silahlar və mindən çox butulka sürtkü materialı aşkar edilib. İddialara görə, prodüser onlardan başqa şeylərlə yanaşı, seks məclislərində də istifadə edib. İndi o, Nyu-Yorkun ən pis həbsxanalarından birində saxlanılır.