Xəbər verdiyimiz kimi, türkiyəli iş adamı Acun Ilıcalı və rəhbəri olduğu "TV8" telekanalı, "Exxen" rəqəmsal platformasının səlahiyyətli şəxslərinə qarşı "qanunsuz mərc və reklamı təşviq etmək" iddiası ilə istintaq başladılıb.
Axşam.az -ın məlumatına görə, iş adamı məsələyə münasibət bildirib. Acun reklamların onun və ya telekanalları ilə əlaqəsinin olmadığını deyib:
"Xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına məxsusdur. TV8-in bu məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur. Necə ki, Türkiyədə oynanılan milli oyunların reklam lövhələrinin satışı Türkiyə Futbol Federasiyasına aiddir, Monteneqro-Türkiyə matçının reklam lövhələrinin satışı da Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib. "TV8"in bu tərəflərin heç biri ilə əlaqəsi yoxdur".