Sənətdə öz fərqliliyi ilə seçilən Xumar Qədimova yeni mahnısını sevənlərinin ixtiyarına verib.
Axşam.az xəbər verir ki, "Sən oldun" mahnısı Əməkdar artistin yutub kanalında yerləşdirilib.
Bəstənin sözləri Cabir Novruz, musiqisi isə Xumarın özünə məxsusdur. Yeni il ərəfəsində təqdim olunan mahnı şən əhval-ruhiyədədir.
Bəstənin aranjimanı Mahir İbrahimova həvalə edilib. Müğənni Yaşar Baxış və Ənvər Sadıqova da təşəkkür edib.
Oxuduğu bütün əsərlər hitə çevrilən Qədimova yeni ifasını ilk dəfə "zaurla Günaydın" proqramında oxuyub.