Türkiyəli iş adamı Acun Ilıcalı həyat yoldaşı Ayça Çağla ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, iş adamı xanımını ad günü münasibəti ilə təbrik edib:
"Əziz həyat yoldaşım, xoşbəxtəm ki, dünyaya gəldin. Şadam ki, həyatımdasan. Həmişə gülümsə, xoşbəxt ol. Heç vaxt enerjini itirmə".
Qeyd edək ki, daha əvvəl 3 dəfə ailəli olan Acunun müxtəlif evliliklərindən 4 qız övladı var. O, ötən il Ayça ilə nikah masasına əyləşib.

