"Now"da yayımlanan "Hudutsuz sevda" serialında dəyişiklik olub.
Axşam.az xəbər verir ki, ekran işinin rejissoru Murad Öztürk layihədən ayrılıb.
Onun yerinə seriallarda aksiyon səhnələri ilə yadda qalan Uğur Yıldıranla danışıqlar aparılır.
Qeyd edək ki, baş rolunu Deniz Can Aktaşın paylaşdığı layihə yeni mövsümdən "Halo" adlanacaq.