"Dünən ziyarət etdim, səsimi eşidib kövrəldi"

"Dünən ziyarət etdim, səsimi eşidib kövrəldi"
3357 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

Axşam.az-ın məlumatına görə, Xalq artisti Mənsum İbrahimov onunla bağlı çıxışında xatirələrini bölüşüb:

"Bizim üçün çox ağırdır. Arif müəllimlə bağlı keçmişdə danışmaq çətindir. Dünən xəstəxanada onu ziyarət etdim. Səsimi eşitdi, kövrəldi. Onun sənətini sevib sənətə gəlmişəm. Opera teatrında çiyin-çiyinə çalışmışıq. Konservatoriyada rəhbərimiz olub. Çoxsaylı səfərlərimiz olub: bölgələrdə seçimlərdə olmuşuq. O qədər gözəl insan idi. Ümidimiz var idi aramıza qayıdacaq. Konservatoriyada 90 faizi onun tələbələridir. Belə insanlar yüz ildən bir gəlir".

M.İbrahimov hər kəsdən onun üçün son dəfə alqış çalmalarını istəyib.