Küçədə cəsədi tapılan şairlə bağlı - Açıqlama

Küçədə cəsədi tapılan şairlə bağlı - Açıqlama
2790 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün şair Kəramət Şükürovun küçədə meyiti tapılıb.

Axşam.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, avqustun 13-ü saat 19:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1957-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1957-ci ildə Masallının Göyçöl kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub.