Cənubi Koreyanın paytaxtı Seulda yerləşən parkların birində holoqrafik polis işçisi proyeksiya olunub.
Axşam.az xəbər verir ki, bu texnoloji yenilik vətəndaşlara ərazidə təhlükəsizlik kameralarının quraşdırıldığını xatırladır və təcili hallarda polisin dərhal müdaxilə edəcəyini bildirir.
Rəsmilərin sözlərinə görə, holoqram polisin fəaliyyəti nəticəsində park ərazisində cinayətlərin sayı təxminən 22% azalıb.
Lakin sosial media istifadəçiləri bu texnologiyanı tənqid atəşinə tutublar. Bəziləri holoqrafik polisi qorxulu adlandırıb və bildiriblər ki, cinayətlərin azalmasının əsas səbəbi insanların “xəyalət polis”lə qarşılaşdıqdan sonra parka girməyə cürət etmirlər.