Əməkdar artist Dilarə Əliyeva yeni ana olan qızı Aytənlə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aktrisa qızının xəstəxanadan görüntüsünü yayımlayıb. Videoda D.Əliyevanın nəvələri, digər qızı Banu da yer alıblar.
Aktrisa paylaşımına "Ailəmizə xoş gəldin, gözəl qızım! Evimizi işıqla, qəlbimizi sonsuz sevgi ilə doldurdun. Allah ömrünü uzun, taleyini xoş yazsın. Atalı-analı böyüyəsən. Amin!" sözlərini yazıb.
Qeyd edək ki, D.Əliyevanın iki qızı, iki nəvəsi var.