Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.
Axşam.az xəbər verir ki, mərc oyunları reklam edən səhifələrdən biri Pop kraliçanın fotosunu götürərək, sünii intellektlə ondan video düzəldib.
Kazımovanın prodüseri Ruslan Ağayev səhifəyə mesaj yazaraq, videonun silinməsini istəyib. O bildirib ki, video tezliklə silinməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.