Şagirdlərin yerdəyişməsi müddəti uzadıldı

Şagirdlərin yerdəyişməsi müddəti uzadıldı
578 dəfə oxunub
  • A-
  • A
  • A+

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb.

Axşam.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumu Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 5-dən start verilən 2025–2026-cı tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Nəzərinizə çatdırırıq ki, şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti 30 avqust saat 18:00-dək uzadılıb.

Valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər.