“Avroviziya” təmsilçilərimizdən olan Safurə Əliyeva yeni məşğuliyətini nümayiş etdirib.
Axşam.az xəbər verir ki, müğənni boksla məşğul olmağa başlayıb.
Safurə məşq zamanı lentə aldırdığı görüntüləri sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan Safurə Türkiyədə yaşayır. Cütlüyün 3 övladı var.