"Hörümçək adam"ın kostyumu hərraca çıxarılacaq - Foto

"Hörümçək adam"ın kostyumu hərraca çıxarılacaq - Foto
601 dəfə oxunub
  • A-
  • A
  • A+

Tobey Maquayrın "Hörümçək adam 2" və "Hörümçək adam 3" filmində geyindiyi kostyumu sentyabrın 4-də hərraca çıxarılacaq.

Axşam.az xəbər verir ki, kostyum streç spandeksdən tikilmiş, çəkmələri olan bir parça qırmızı və mavi kombinezondur. Daxili astarda Hörümçək Adam 3-ün istehsalında istifadə edildiyini göstərən "3.S" işarəsi olan əlavələr var.

Geyimi "Oskar" mükafatlı kostyum dizayneri Ceyms Açeson hazırlayıb.

Ekspertlər kostyumun qiymətini 100-200 min dollar arasında qiymətləndirirlər. Lotun başlanğıc qiyməti 50 min dollar təşkil edəcək.