Ronaldonun evlilik müqaviləsi gündəm oldu

Ronaldonun evlilik müqaviləsi gündəm oldu
4289 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezə evlilik təklif edib.

Axşam.az-ın məlumatına görə, cütlük toydan əvvəl evlilik müqaviləsi imzalayacaq. Onların müqaviləsində yer alanlar isə gündəm olub.

Ronalda Corcinaya hər ay 121 min dollar ödəyəcək. Ona toydan əvvəl 5,6 milyon dollarlık əmlak verəcək. 

Uşaqlarına dəstək üçün futbolçu hər ay 500 min dollar ödəməlidir. Həyat tərzi, xüsusi baxım üçün ildə 2 milyon dollar ödəniş etməlidir. 

Ronaldo Corcinaya 2 lüks avtomobil, ildə 2 dəfə tətil verməlidir. Ayrıldıqları halda isə 50 milyon dollar təzminat ödəyəcək.