Əməkdar artist Elnur Əhmədovun qızı Ləman yüksək balla universitetə qəbul olub.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazlb:
“Gözəl qızım Ləman, səni yüksək - 620 balla Azərbaycan Diplomatik Akademiyasına (ADA), Dövlət və ictimai münasibətlər ixtisasına qəbul olmağın münasibətilə ürəkdən təbrik edirəm. Tələbə adını qazanan bütün gənclərimizi ürəkdən təbrik edirəm. Allah hər birini qorusun”.
