"Warner Bros. Pictures" məşhur amerikalı basketbolçu Kobi Brayantın həyatına həsr olunmuş film çəkəcək.
Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Filmdə Brayantın “Los-Anceles Leykers” komandasına necə daxil olması və basketbol karyerasının başlanğıcı təsvir olunacaq. Ssenari üzərində Aleks Son və Qevin Yoxannsen çalışır.
Kobi Brayant “Los-Anceles Leykers” klubunda 20 mövsüm keçirmiş və beş dəfə NBA çempionu olmuşdu. O, 2016-cı ildə, 37 yaşında peşəkar idman karyerasını başa vurmuşdu.
Qeyd edək ki, 2020-ci ilin yanvarında Brayant qızı Ciana və daha 7 nəfərlə birlikdə helikopter qəzasında həlak olub.