Bakıda tozlu hava var

Bakıda tozlu hava var
660 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. 

Axşam.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb. 

Bildirilib ki, hazırda havada tozun miqdarı normadan - artıqdır. Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq  istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:

“Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.