Afaqdan geyimini tənqid edənlərə cavab - Foto

Afaqdan geyimini tənqid edənlərə cavab - Foto
2242 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Afaq Gəncəli qardaşının toy məclisinə geyindiyi geyimə görə tənqid olunub. 

Axşam.az xəbər verir ki, izləyicilər onun sarı rəngdə olan paltarını ağ kimi görüblər. Sosial şəbəkə istifadəçiləri Afaqı gəlinlə eyni rəngdə geyindiyi üçün qınayıblar. 

"Nisaz" atelyesinin hazırladığı geyimini paylaşan Afaq " Ayıb olsun sənə, Nisə. Mənə ağ rəngdə gəlinlik tikmisən. Sən demə, biz rəng tanımırıq. Bəzi yazanların kursuna yazılaq" deyə, Afaq tənqidlərə cavab verib.