Ötən gün Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin finalı keçirilib.
Axşam.az xəbər verir ki, 8-16 yaşında yeniyetmələr arasında birinci yerə xanəndə Əhəd Ağayev layiq görülüb.
Əhəd tamaşaçılara Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışı ilə tanışdır. 9 yaşlı xanəndənin də yer aldığı muğam üçlüyü konsertdə marağa səbəb olmuşdu.
Azyaşlı xanəndələr “Qarabağ şikəstəsi”ni ifa edən zaman dövlət başçısı kövrəlmiş, onları ayaq üstə alqışlamışdı. Daha sonra Prezidentlə xanımı səhnəyə qalxaraq hər üç ifaçı ilə tək-tək görüşmüşdü.