Ayrılıq səbəbi bu imiş

Ayrılıq səbəbi bu imiş
11284 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Hande Erçel və iş adamı Hakan Sabancı ayrılıb.

Axşam.az xəbər verir ki, türk mediası onların ayrılıq səbəbi ilə bağlı iddialar irəli sürüb. Belə ki, Hande və Hakanın iki səbəbdən yollarını ayırdığı bildirilib:

Üç illik münasibətləri zamanı Hande Erçel evliliyə hazır olsa da, Hakan Sabancı bundan çəkinib. Bu fikir ayrılığı münasibətlərdə böyük problemlərə səbəb olub. Sonda onlar arasında mübahisə düşüb və bu ayrılığa səbəb olub.

Digər iddiaya görə isə əsas səbəb kimi Hakan Sabancının anası Arzu Sabancının Erçeli bəyənməməsi və daha sonra atdığı nalayiq paylaşım göstərilib.