Nelli Furtado tanınmaz halda - Foto

Nelli Furtado tanınmaz halda - Foto
1959 dəfə oxunub
  • A-
  • A
  • A+

46 yaşlı məşhur müğənni Nelli Furtado altı illik fasilədən sonra yenidən səhnəyə qayıdıb.

Axşam.az xəbər verir ki, onun son halı pərəstişkarları arasında heyrət doğurub. Karyerasının zirvəsində olduğu dövrlərdə Furtado ideal bədən quruluşu ilə seçilirdi. Lakin şəxsi həyatında baş verən dəyişikliklərdən sonra o, 40 kiloqram kökəlib.

Hazırda üç uşaq anası olan Nelli onlardan ikisini 40 yaşından sonra dünyaya gətirdiyini və özünü xoşbəxt ana kimi hiss etdiyini bildirib:

“Axır ki, bədənimi sevməyi öyrəndim. Heç vaxt plastik əməliyyat etdirməmişəm. Yalnız yaxın zamanda yuxarı çənəmə vinirlər qoydurdum. Fərdiliyinizi qiymətləndirin. 20 yaşımda aldığım kremləri və serumları hələ də eyni kosmetoloqdan alıram”.