"Mənə say yox, sevgi önəmlidir" - Ayandan tənqidlərə reaksiya

"Mənə say yox, sevgi önəmlidir" - Ayandan tənqidlərə reaksiya
1776 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva Naxçıvanda xeyriyyə konserti verib. 

Axşam.az xəbər verir ki, bir neçə gündür konsertlə bağlı videolar yayımlanaraq, tamaşaçının olmaması yazılıb. Ayan tənqidlərə cavab verib. O bildirib ki, konsert xeyriyyə xarakterli olub:

"Mənim üçün əsla tamaşaçı sayı deyil, sevgisi önəmli olub. Bizə görə gəlib xeyriyyə marafonuna qoşulan hər kəsə təşəkkür edirəm. 5 sentyabr Beynəlxalq Xeyriyyə Günüdür. Azərbaycan Uşaq Fondu bu niyyətlə marafon təşkil etdi. Buradan heç bir maddi qazancım və gözləntim yoxdur. 30 nəfərlik komanda ilə gəldim. Hamını öz təşəbbüsümlə gətirdim. Səhnə performansı gözəl idi. Üzərimə düşən hər şeyi etdim".