Milyonlar alsa da o səhənəyə çəkilməyibmiş - Video

Milyonlar alsa da o səhənəyə çəkilməyibmiş - Video
2021 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun dublyoru Mehmet Tanın sosial media hesabında paylaşıdığı kadrlar müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, həmin görüntülər aktyorun baş rolunu ifa etdiyi "Ailə" serialının çəkiliş meydançasında lentə alınıb. Bəlli olub ki, təhlükəsizlik məqsədi ilə yanğın səhnəsində Kıvançın dublyorundan istifadə edilib. Bu, isə izləyicilərin narazılığına səbəb olub. Onlar serialın hər bölümündən 1,5 milyon lirə qonorar aldığı halda sözügedən səhnədə özünün çəkilmədiyinə görə Kıvançı tənqid ediblər.

Bundan başqa, görüntülərin yayımlanmasının və tənqidlərin çoxalmasının ardından Mehmet Tan çalışdığı prodüser şirkəti tərəfindən işindən qovulduğunu açıqlayıb.