Burak Özçivit ailəsi ilə Türkiyədən köçür?

Burak Özçivit ailəsi ilə Türkiyədən köçür?
6715 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Burak Özçivitin xarici ölkəyə köçməyi planlaşdırdığı iddia edilib.

Axşam.az xəbər verir ki, iddiaların yaranmasına səbəb Özçivitin lüks avtomobillərini və mülklərini zərərinə də olsa, satışa çıxarması olub.

Onun satışa qoyduğu maşınlar arasında "Rolls-Royce" da var. Maraqlı məqam Özçivitin 22 milyon lirəyə aldığı avtomobili 14 milyon lirəyə satmasıdır.

Onun Acarkentdəki iki iqamətgahını da satdığı iddia edilib. 

Qeyd edək ki, Burak aktrisa Fahriyə Evcənlə evlidir. Onların iki oğlu var.