Selena Qomezin toyu oldu - Fotolar

Selena Qomezin toyu oldu - Fotolar
3404 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni-aktrisa Selena Qomez ötən gün musiqi prodüseri Benni Blanko ilə ailə həyatı qurub.

Axşam.az xəbər verir ki, Kaliforniyanın Santa-Barbara şəhərində keçirilən mərasimdə cütlüyün yaxın dostları və ailə üzvləri iştirak edib.

Selena Qomez mərasimdən şəkilləri öz səhifəsində paylaşaraq “9.27.2025" qeydini yazıb.

Toyda müğənni xüsusi olaraq "Ralph Lauren" tərəfindən hazırlanan gəlinlik geyinib.

Mərasimə Teylor Svift, Peris Hilton, Martin Şort və Stiv Martin kimi tanınmış simalar da qatılıb.

Qeyd edək ki, cütlük 2024-cü ilin sonunda nişanlanıb.