Röya "Nuş olsun"u təqdim etdi - Fotolar_Video

Röya "Nuş olsun"u təqdim etdi - Fotolar_Video
1193 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Röya Ayxan yeni klipini tamaşaçıların ixtiyarına verib.

Axşam.az xəbər verir ki, müğənni “Nuş olsun” adlı mahnı üçün kamera qarşısına keçib.

Bəstənin söz müəllifi tanınmış şair Altay Yaşar, musiqi müəllifi isə istedadlı bəstəkar Fərid Kərimlidir. Klipin rejissor işi Cəlal Kəngərliyə həvalə edilib.

Röyanın obrazı üzərində isə ölkənin aparıcı stilistlərindən olan Elnur Həsənov çalışıb.