Xəbər verdiyimiz kimi, Xalq artisti, tarzən Ramiz Quliyev ötən gün dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində mərhumla vida mərasimi keçirilir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.
Xatırladaq ki, Ramiz Quliyev ötən gün 78 yaşında vəfat edib. O, səhhətinin pisləşməsi səbəbindən sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.
Foto: Rüstəm Fərman