"Dəyərli bir insanı itirdik" - Nazir

"Dəyərli bir insanı itirdik" - Nazir
13983 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Xalq artisti, tarzən Ramiz Quliyev ötən gün dünyasını dəyişib. 

Axşam.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində mərhumla vida mərasimi keçirilir. Mədəniyyət naziri Adil Kərimli mərasimdə çıxış edərək R.Quliyevvin yaradıcılığından, tar sənətinə verdiyi töhvələrdən bəhs edib:

"Quliyevlər ailəsi, dəyərli sənətçilərimiz, əziz mərasim iştirakçıları: hamımız üçün ağır gündür. Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Hamımız üçün, bütün Azərbaycan xalqına dəyərli olan insanı itirmişik. Ramiq Quliyev ifaçılıq sənəti, pedoqoji fəsliyyəti ilə hamıya nümunədir. O, Azərbaycan mədəniyyətində elə bir irs yaradıb ki, zamana sığdıra bilməyəcəyik qədər böyükdür. Hər kəsə örnək olacaq. Onun tək ifaçılığı deyil, yaradıcılığı o qədər böyükdür ki... Böyük bir ifaçı olmaqla, tar sənətini təbliğ etməklə, tar sənətini nəinki ölkədə, dünyaya tanıtmaqla məşğul olub. Azərbaycan mədəniyyətinin dünyada sevilməsində rol oynayıb. Xalqın hər bir nümayəndəsi onun ifasını tarı sanki danışır kimi qiymətləndirir. Onun ifasında tar sanki canlanır, fərqli bir irsdir. Bunu hər kəs yarada bilmir. Bunun yaradıcılığı əbədi olaraq yadda qalacaq. Əvəzolunmaz pedoqoq, alim idi. Çoxsaylı tələbələr yetişdirib. Onun əziz xatirəsi hər birimizin yaddaşında əbədi olaraq qalacaq".

Foto: Rüstəm Fərman