Türk operator içkili halda özünü körpüdən atdı

Türk operator içkili halda özünü körpüdən atdı
1408 dəfə oxunub
  • A-
  • A
  • A+

“10 bin adım” serialının operatoru Ömər Bellinin Boğaz körpüsündən özünü atıb.

Axşam.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib. Məlumata görə, Ömər 01:00 radələrində qəzaya düşüb və sərxoş olduğu üçün sürücülük vəsiqəsi əlindən alınıb. Daha sonra taksi çağıraraq 03:00-da Boğaz körpüsündən keçərkən sürücüdən foto çəkmək üçün dayanmasını istəyib. Taksi sürücüsü dayanmadan hərəkət edərkən Ömər əyləci çəkib. O maşından düşüb və özünü körpüdən atıb.

Hazırda axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, Ömər "Bodrum masalı", "Kadın", "Fi", "Merdiven baba" kimi bir çox ekran işinin operatoru olub.