Hacı Nuran İmran Cəfərzadə ilə - fotolar

Hacı Nuran İmran Cəfərzadə ilə - fotolar
3008 dəfə oxunub
  • A-
  • A
  • A+
Üç yaşında iki ayağını itirən İmran Cəfərzadə Almaniyada xərçənglə mübarizə aparan tanınmış teleaparıcı Hacı Nuran Hüseynovla görüşüb. 

Axşam.az-ın “anspress”ə istinadən verdiyi xəbərə görə, teleaparıcı 4 yaşlı İmranla çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb. O, yaşadığı faciədən sonra 16 cərrahi əməliyyat keçirən 4 yaşlı İmranın Almaniyada müalicəsinin davam etdiyini yazıb.
 
Xatırladaq ki, İmran Cəfərzadə 3 yaşında olarkən bir ayağını tam, ikincisini isə qismən itirib. Uşaq 2013-cü il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hovuzda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” adlanan qurğu işə salınıb. Bu vaxt su borusunun hovuzun içərisində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.
 
Hadisə ilə bağlı 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.